Bakıdan Şəkiyə yasa gedirdilər, qəzaya düşdülər - Xəsarət alanlar var

Bakıdan Şəkiyə yasa gələnlər qəzaya düşüblər.

AzNews.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oguz rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobillə hətəkətdə olarkən,avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü A.Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda sürücünün avtomobildən çıxarılması üçün işlər aparılır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.