Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib

Azərbaycanın Vaşinqtondakı səfirliyi Kennedi Mərkəzində 28 May - Müstəqillik Günü və Silahlı Qüvvələr Günü ilə münasibətilə rəsmi qəbul təşkil edib.

Bu barədə səfirlikdən bildirilib.

Tədbirdə ABŞ-nin hökumət rəsmiləri və hərbçiləri, habelə diplomatlar və Azərbaycan-Amerika icmasının üzvləri iştirak ediblər.

Mərasimdə Azərbaycan-ABŞ strateji tərəfdaşlığının gücü, habelə müdafiə, iqtisadi inkişaf, regional təhlükəsizlik sahələrində artan əməkdaşlıq vurğulanıb.

Aznews.az

image description image description image description