- Paytaxt
- 11:38
- 1 276
Ceyhun Bayramov: Şanlı üçrəngli bayrağımız bütün suveren Azərbaycan ərazilərində dalğalanır
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm.
Aznews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 9 Noyabr- Dövlət Bayrağı Günü münasibətilə özünün "X" hesabında yazıb.
O bildirib ki, müstəqilliyimizin və suverenliyimizin təcəssümü olan şanlı üçrəngli bayrağımız bu gün bütün suveren Azərbaycan ərazilərində dalğalanır:
"Milli qürur mənbəyimiz olan bayrağımız uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirəm".