Bu sualı mütləq verəcəm: BƏS, NƏ OLDU, ƏLİMUSA?

İran niyə müharibəni uzatmaq istəyir? Liderlər öldürülürlər, amma sistem ayaqda qalır: İranın gizli idarə mexanizmi nədir? Minlərlə ABŞ hərbçisi bölgəyə gəlir: İran üçün kritik an yaxınlaşır?

Politoloqlar - Yusif Bağırzadə, Əlimusa İbrahimov və siyasi şərhçi Taleh Şahsuvarlı ilə bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə Oxu.az məlumat yayıb. Siyasi təhlilçi Taleh Şahsuvarlı isə öz Facebook səhifəsində yazıb:

"Əziz dostlar, bu gün Baku TV-nin efirində 1953- cü ildə məqsədi İranda Baş nazir Məhəmməd Mussadiqi devirib hakimiyyətə yenidən Məhəmməd Rza Pəhləvini gətirmək olan "Ayaks"əməliyyatının "Hollivud filmi" olduğunu zənn edən Əlimusa İbrahimovla çox kəskin qarşıdurmamız oldu. Ə. İbrahimov ABŞ və İsrailin hazırkı eskalasiyada küncə sıxışdırıldığını iddia edir, mən isə əməliyyatın zərgər dəqiqliyi ilə icra olduğunu bildirirdim. Onu da bildirdim ki, ABŞ-ın "dəniz pişikləri" bölgəyə çatandan bir neçə sutka sonra İran Hörmüz boğazından və Xark adasından qovulacaq. Odur ki, məni "savadsızlıqda" və "efiri zibilləməkdə" suçlayan Əlimusa İbrahimova 2 həftə vaxt qoydum. Bəli, İran narrativləri ilə danışan bütün əl maşalarına bir neçə həftə vaxt qoyuram. Mənim heç kimin şəxsiyyəti ilə işim yoxdur, amma Azərbaycana yad narrativ təqdim edən "analiz"lərlə işim var. Maksimum 2 həftə ərzində ABŞ və İsrail İranın cənub bölgəsinə hakim olacaq- əgər ona qədər molla rejimi təslim olmasa. Buradan söz verirəm, ABŞ və İsrail Hark adasına "dəniz pişikləri"nin sudan-quruya əməliyyatı ilə hakim olacağı, bununla İran neft istehsalının 90%-ə nəzarət edəcəyi gün bütün Azərbaycan xalqının önündə soruşacam: BƏS, NƏ OLDU, ƏLİMUSA?"

Verilişi izləyin:

AzNews.az