Əsədin kimyəvi silahdan istifadə eməsi təsdiqləndi Əsədin kimyəvi silahdan istifadə eməsi təsdiqləndi

BMT-nin kimyəvi silah hesabatı açıqlandı

Əsədin kimyəvi silahdan istifadə eməsi təsdiqləndi

BMT müfəttişləri avqust ayında Suriyada istifadə edilən kimyəvi silah hücumuyla bağlı hesabatını açıqlayıb və hücumda kimyəvi silah istifadə edildiyinə dair "açıq və təsdiqedici dəlillər"in olduğu göstərilib.

"Associated Press" bildirir ki, müfəttişlərin BMT rəhbəri Pan Ki Muna təqdim etdiyi hesabatın ilk səhifəsində, "Suriya Ərəb Respublikasındakı tərəflər arasında davam edən qarşıdurmalarda kimyəvi silah istifadə edildiyi nəticəsinə gəlinmişdir" sözləri yazılıb.
Hesabatın bu gün Pan Ki Mun tərəfindən BMT Təhlükəsizlik Şurasına təqdim edilməsi gözlənilir.

Xəbər "Axar.az"dan gəlir