Kiber cinayətlərlə qarşı mübarizə mərkəzi yarandı

Microsoftun kiber cinayətlərə qarşı aparılan qlobal mübarizəni gücləndirmək üçün qurduğu Microsoft Kiber cinayətlərlə Mübarizə Mərkəzi fəaliyyətə başlayıb.

AzNews.az xəbər verir ki, "Kiber cinayətlərlə Mübarizə Mərkəzi" hüquqi, texniki və texnoloji sahədəki təcrübəli mütəxəssislərini bir araya gətirəcək. Beləliklə, kiber cinayətlərlə mübarizədə yeni bir dövr başladacaq. Kiber cinayətlər, dünyada hər il milyonlarla istehlakçının şəxsi və maliyyə cəhətdən əhəmiyyətli dərəcədə zərər görməsinə səbəb olur. Mərkəz internet üzərindəki zərərli proqramlar, botnet şəbəkələri, əqli mülkiyyət oğurluğu və texnologiya vasitəsilə reallaşdırılan uşaq istismarı kimi cinayətlərlə mübarizə aparacaq. Microsoft dünyanın dörd bir tərəfindəki istehlakçıların məlumat texnologiyalarına əsaslanan cihaz və xidmətlərinin güvənli istifadəsini təmin etməyi qarşıya məqsəd qoyur.

Elman
AzNews.az