Məhəmməd Mürsiyə dəstək kampaniyası başlayıb


Hərbi çevriliş nəticəsində vəzifəsindən kənarlaşdırılan prezident Məhəmməd Mürsinin oğlunun həbsxana şəkilləri yayılıb.

AzNews.az saytı xarici mətbuata istinadən xəbər verir ki, şəkillər keçmiş prezidentin oğlu Usamə Mürsi tərəfindən "facebook" səhifəsində paylaşılıb.

O, bu addımını atasına dəstək məqsədilə "Ağ rəngli paltar geyinmə kampaniyası" kimi təqdim edib.

Məlumatda o da qeyd olunub ki, M.Mürsinin tərəfdarları aksiyanı mediada 1 milyon ağ geyimdə fotoşəkil yaymaqla davam etdirəcəklər.

Elcan Məmmədov
AzNews.az