ABŞ-dan prezidentlərin görüşünə münasibət

ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın 19-da Vyanada keçirilən görüşünü alqışlayır.

Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi açıqlama verib. AzNews.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Dövlət Departamentinin nümayəndəsi Cen Psaki prezidentlərin gələn aylarda yenidən görüşmək barədə qərarının da təqdirəlayiq olduğunu qeyd edib.

Vyana görüşünü dialoqun bərpası istiqamətində atılan ciddi addım kimi xarakterizə edən Dövlət Departamenti münaqişənin həlli istiqamətində səylərin davam etdirilməsinə çağırıb.

Elnarə
AzNews.az