Ukraynanın 7 döyüş gəmisi geri qaytarıldı - VİDEO

Ukrayna hərbi dəniz donanmasına məxsus 7 döyüş gəmisi Sevastopoldan Odessaya gətirilib. Gəmilər Rusiya ilə Ukrayna arasında gedən danışıqların bir hissəsi olaraq Ukraynaya qaytarılıb. Artıq Krım hərbi dəniz bazasından Ukrayna tərəfə təhvil verilən döyüş gəmilərinin sayı13-ə çatıb.

Ukrayna-Rusiya sərhəddində itki ilə nəticələnən atışmadan sonra da gərginlik səngiməyib. Tərəflər öz mivqelərindən geri şəkilməyəcəklərini bəyan ediblər.

ANS PRESS-in verdiyi məlumata görə, etirazçılar Ukraynanın federallşması tələbini yerinə yetirilməyənədək barrikadalardan çəkilməyəcəklərini və zəbt etdikləri hökumət binalarını azad etməyəcəklərini bəyan ediblər. Ölkənin cənub-şərqində etirazlar baş qaldırdıqdan sonra onlarla hökumət binası rusiyayönümlü qüvvələrin nəzarətinə keçib. Hazırda küçələrdə qalmaqda davam edən etirazçılar Rusiyanı Ukraynaya iqtisadi və maliyyə təzyiqi göstərməyə çağırıb.

Etirazçı Aleksandr Timçişinin sözlərinə görə, əlbəttə, Rusiyanın Donetsk vilayətinə ordu yeritməsi mümkün deyil: "Çünki bu, beynəlxalq hüququn pozulması demək olardı. Lakin Rusiya Kiyevdəki cinayətkar dəstəyə iqtisadi və siyasi təzyiq göstərməklə Ukraynanın cənub-şərqində vəziyyəti stabilləşdirə bilər".

Slavyansk şəhərində baş verən silahlı insidentdən sonra şəhər meri Vladimir Putinə müraciət edərək bölgəyə sülhməramlılar göndərməyi xahiş etmişdi. Yaranmış vəziyyətlə bağlı şəhərdə gecədən səhər saat 6-a kimi komendant saatı qüvvəyə minib.




AzNews.az