- Köhnə - Dünya
- 10 Aprel 2015 10:40
- 3 319
Milanda hakimləri öldürən şəxs danışdı: “Qisas aldım” (VİDEO)
dgh.jpg)
Milanda keçirilən məhkəmə zamanı hamının gözü qarşısında 3 nəfəri öldürən qatil danışıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın "NTV" telekanalı yayıb.
Qatil Klaudio Cardello həmin şəxsləri qisas məqsədilə öldürdüyünü gizlətməyib: "Məni məhv edən insanlardan qisasımı almağa çalışdım".
Qeyd edək ki, Klaudio cinayəti ötən həftənin 4-cü günü öz şirkətinin iflası haqda keçirilən məhkəmə iclasında həyata keçirib.
O, ilk öncə onun hüquqlarını qorumaqdan imtina edən vəkil və hakimi öldürüb. Onun isə əsas məqsədi keçmiş tərəfdaşını öldürmək olub.
Zalda atəş açan Klaudo motosikletlə ərazidən uzaqlaşıb. Polislər onu yaxın şəhərdə ələ keçirib.
Hadisə zamanı 3 nəfər ölüb, 2 nəfər isə yaralı halda xəstəxanaya aparılıb.
Milan məhkəməsində baş verən insidenti Baş nazir Matteo Rentsi "böyük dərd" adlandırıb və vurğulayıb ki, olay ciddi şəkildə araşdırılacaq.