Daşqın Gülməmmədov: “Nazim Bəydəmirli həbs edilməlidir” Daşqın Gülməmmədov: “Nazim Bəydəmirli həbs edilməlidir”

“Nazim Bəydəmirlinin FETO və ETTELAT-la da əlaqələri var” - Keçmiş deputat haqqında sensasiyalı müsahibə

Daşqın Gülməmmədov: “Nazim Bəydəmirli həbs edilməlidir”

Ukraynada fəaliyyət göstərən Qarapapaq Türklərinin Milli Şurasının sədri Daşqın Gülməmmədov AzNews.az portalının suallarına cavab verib.

Həmin müsahibəni qısa ixtisarlarla yayımlayırıq.

- Daşqın bəy, son günlər verdiyiniz açıqlamalardan sonra Azərbaycan cəmiyyətində sizin şəxsinizə maraq artıb. Sosial şəbəkədə ünvanınıza suallar səsləndirirlər. Məsələn, soruşurlar ki, Daşqın Gülməmmədov kimdir? Öncə xahiş edirik ki, özünüz haqqında məlumat verəsiniz...

- Özümü belə təqdim edim: ictimai-siyasi fəaliyyətimə görə min düşməni, on iki əsl dostu və həmfikiri olan, ziyalı ailəsində doğulmuş bir türk oğluyam. 1977-ci ildə Borçalının Qaçağan kəndində dünyaya gəlmişəm. Mənsub olduğum Qıpçaq kökənli, Qarapapaq Gül (Gülməmmədli) soyu 1118-ci ildə Qıpçaq xanı Atrakın xanın ordusunun tərkibində, Ukraynanın Berdiçev-Kazyatin bölgəsindən Cənubi Qafqaza gəlib. Daha sonra isə Gül soyu Tiflis Əmirliyinin Kür, Təpətöy və Xram çayları boyunca olan ərazilərdə yerləşib. Gül soyu Borçalıda ən böyük nəsillərdən birdir. Bu barədə Ağqoyunluların, Səfəvillərin, Osmanlı İmperiyasının, Gürcü Çarlığının vergi sənədlərində. valilik və bəylərbəylik fərmanlarda geniş qey edilib. Gül soyunda indiyə qədər digər millətlə nigah qəbul edilməyib. Borçalıya gələn Gül soyunun nümayəndələri yerli türklər olan Barsil və oğuzların nümayəndələri ilə qaynayıb qarışıblar. Bizim soyun nümayəndələri Şah Təhmasib Borçalıda Səfəvilərin dominant hakimiyyətini bərqərar etdikdən sonra islamı qəbul ediblər. 1560-cı ilə qədər soyun nümayəndələri tenqriçi, az bir hissə isə pravoslav olub. Bizim soy artıq 901 ildir ki Borçalıda yaşayır. Borçalı torpağı bizim vətəndir. Gül soyunun faktiki olaraq 7 minə yaxın nümayəndəsi var. Onlar Gürcüstan, Azərbaycan, Ukrayna, Rusiya, Türkiyə, Belarus və digər ölkələrin vətəndaşlarıdırlar. Fikrimiz var ki, 2020-ci ildə lap qədimlərdə- 1117-ci ildə, 1185-ci illərdə olduğu kimi soyun qurultayını çağıraq, əski ənənəni bərpa edək. Bizim soyda belə qurultaylar son dəfə 1919-cu ildə çağırılıb, yəni 100 bundan öncə.

Gəncliyim Bakıda keçib. 1998-ci ildə indiki Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişəm. 2011-2013-cü illərdə Gürcüstan Türkləri Konfederasiyasının prezidenti olmuşam. 2012-ci il 17 iyulunda Ukrayna Qarapapaq Türkləri Milli Şurası mənim birbaşa təşəbbüsüm ilə yaradılıb. Ukrayna dövləti faktiki olaraq Qarapapaq türklərini Ukraynanın aborigen xalqı kimi tanıyıb. Bu tarixi fakt idi, lakin siyasi və hüquqi təsdiqi yox idi. Ukrayna bizim ata yurdumuzdur. Qarapapaq türkləri isə azərbaycanlıların etnik tərkib hissəsidir. Qarapapaq türkləri Azərbaycanlıların millət olaraq mütəşşəkil tapmasında genetik, etnik, etnopolitik və mental rol oynayıblar. Rəhbərlik etdiyim Ukrayna Qarapapaq Türkləri Milli Şurası, Ukraynada fəaliyyət göstərən ən böyük ictimai birliklərdən biridir. 6 may 2014-cü ildə Ukrayna Ədliyyə nazirliyi Dövlət Qeydiyyat Xidməti tərəfindən Ümumukrayna statuslu ictimai birlik kimi təkrar qeydiyyata alınıb.

- Biz bilirik ki, siz hər zaman öz ictimai fəalığınızla fərqlənmisiniz və həmişə də Azərbaycan dövlətinin maraqlarını müdafiə eləmisiniz. Hətta buna görə sizi Gürcüstanda həbs etmişdilər. Bununla bağlı məlumat verməyinizi xahiş edirəm?

- Bu hadisə 2006-cı ildə Mixail Saakaşvili hakimiyyəti zamanı mənə qarşı tərtib edilmiş saxta cinayət ittihamı ilə əlaqədar idi. 2005-ci ildən başlayaraq mən Saakaşvili iqtidarını sərt tənqid edirdim. Ona görə də, Saakaşvili göstəriş vermişdi ki xüsusi xidmət orqanları məni hansısa yolla həbs etsinlər. 2007-ci ildə Gürcüstan tarixində ilk dəfə prezident seçkilərində Gürcüstan prezidentliyinə azərbaycanlı namizəd irəli sürdük. Bunu heç kim gözləmirdi. Fazil Əliyevin prezidentliyə namizədliyi MSK-da rəsmi qeydiyyata alındı, mən isə Mərkəzi Seçki Qərargahında məsul şəxs təyin edildim. Saakaşvilinin sosioloqları və analitikləri televiziya programlarında çıxıb bildirdilər ki, F. Əliyev presizdent seçkisində iştirak etsə, Saakaşvili prezident seçilə bilməyəcək, ikinci tur məsələsi ortaya çıxacaq. Belə ki, Gürcüstandakı müsəlman və türk səslərinin müəyyən hissəsini, 10 fazini belə F. Əliyevə verilsə, nə M. Saakaşvili, nə də müxalifətin namizədi Qaçeiladze 50+1 şəklində səsləri qazana bilməz. İkinci turda isə müxalifət bütün gücünü konsentrasiya edib qələbə qazana bilər. Bu Saakaşvilini əsbləşdirdi. Nəticədə o, Daxili İşlər Naziri Merabişviliyə və Əks-Kəşfiyyat Depratamentinin sədri Jgentiyə əmr verdi ki, F.Əliyevi və D.Gülməmmədovu həbs edin. Məni, 27 noyabr 2007-ci ildə Azərbaycana gedərkən Gürcüstan Əks-Kəşfiyyat Deprtamentinin əməkdaşları həbs etdi. Məni dövlət çevrilişi hazırlamaqda və milli-ayrı seçkilik salmaqda (türk millətçiliyi propaqandası) ittiham etdilər. Lakin mənim həbsim ciddi rezonans dogurdu. Bir həftədən sonra azad etdilər. 2011-ci ildə Saakaşvili ilə münasibətlər yenidən konflikt haılna gəldi. Mən o, zaman Türkiyədə idim. 24 dekabr 2011-ci ildə Tbilisi Şəhər Məhkəməsi məni CM-nin 142-1 maddəsi (milli ayrı seçkilik salma, millətçilik və irqi diskriminasiya) ilə günahkar blib. Mənim özümün, vəkilim iştirakı olmadan, qapalı, cinayət işinə məxfi qrifi qoyularaq 2 il azadlıqdan mərhumetmə cəzası təyin etmiş, axtarışa vermişdilər. İnterpol sonradan mənim adımı axtarış siyahısından çıxardı. Gürcüstan DİN və Əks-Kəşfiyyat Departamenti məni 2011-2017-ci illərdə beynəlxalq axtarışa versə də, həbs edə bilmirdi. Çünki cinayət işi siyasi motivli idi. 17 avqust 2017-ci ildə isə məni Stardartlaşdırma və Petent üzrə Dövlət Agentliyinin sədri Ramiz Həsənov və Dövlət Miqrasiya Xidmətinin o vaxtkı rəisi Firuddin Nəbiyev həbs etdirib, miqrasiya xidmətinin 10 əməkdaşının müşaiəti ilə gətirib Gürcüstan sərhəddinə qoydular. Özüm gedib bildirdim ki, mənim barəmdə həbsli məhkəmə qərarı var. Məsələ ciddi rezonans dogurdu. Kvirikaşvili höküməti ilə hər hansı konflikt yox idi. Azad edə bilərdilər. Amma bu məsələ bir çox məmurun karyerasını məhv edə bilərdi. Tbilisi Apelyasiya Məhkəməsi 7 ay mənim işimə baxdı. Gürcüstan Baş Prokuroluğu mənə qarşı ittihamı sübut edə bilmədi və 28 may 2018-ci ildə, 9 ay həbsdə qaldıqdan sonra azad etdilər. İş artıq bir ildən çoxdur ki, Ali Məhkəmədə süründürülür. Gürcüstan Ali Məhkəməsi mənə nə tam bəraət verə bilir, nə də günahkar olduğum barədə konkret qərar çıxara bilir. Günahkar qərarı çıxarılsa iş Avropa İnsan Hüquqlrı Məhkəməsinə gedəcək. Bu isə rəsmi Tbilisi üçün heç də yaxşı olmayacaq. Amma onu deyim ki, son 25 ildə “türk millətçiliyi propaqandası” ittihamı ilə Gürcüstanda və postsovet məkanında məndən başqa kimsə həbs edilməyib. Əslində mənə şərəf vermiş olublar.

- Həbsdən çıxandan sonra başınıza nə gəldi və hazırda siz harada yaşayırsınız?

- Məni 28 may 2018-ci ildə Tbilisi Apellyasiya Məhkəməsində proses zamanı məhkəmə zalındaca azad etdilər. Gürcüstan Baş Prokurorluğu ittihamı sübuta yetirə bilmədi. Həmçinin mənə qarşı Saakaşvili rejiminin tərtib etdiyi saxta ittihamla bağlı mən Gürcüstan Pralamentinin sədrinə xüsusi müraciət göndərmişdirm. İ.Kobaxidzenin dərkənarından sonra məni məhkəmə sübutlar olmadığı üçün həbsdə saxlaya bilmədi. Yenə əvvəlki işimlə məşğulam. Ukrayna Qarapapaq Türkləri Milli Şurası fəaliyyətini davam etdirir. Mənim həbsimin də təşkiltın fəaliyyətinə hər hansı təsirdə olmadı. Yəni, çox zaman Gürcüstandakı evimdə oluram, bəzən də Ukraynanın Vinnitsa şəhərində. UQTMŞ-nın xarici fəaliyyəti ilə bağlı Türkiyəyə tez-tez səfər edirəm. Ailəmin, əzizlərimin içindəyəm. Yolumza davam edirik.

- Yadınızdadırsa, Nazim Bəydəmirli sizi agent adlandırmışdı. Siz də onunla bağlı ifşaedici açıqlamalar verdiniz. Bilmək istərdik ki, siz Nazim Bəydəmirli ilə necə tanışsınız? Aranızda əvvəllər hansı insident olub?

- Məndən bir dostum soruşdu ki, Nazim Bəydəmirlini tanıyırsanmı? Dedim “yox”, o kimdi? Dedi qabaqlar deputat olub, hazırda İranda biznezi var. Dostum bildirdi ki, o, sənin haqqında belə şeylər yazıb. Baxdım, məlum oldu ki, məni sosial şəbəkədə blok edib. Təəccübləndim. Axı ümumiyyətlə mən belə bir adam tanımıram, həyatda heç zaman yolumuz kəsişməyib. Mənim o insanla heç bir işim olmayıb. O adamla sosial şəbəkədə belə yazışmam olmayıb. Həyat prinsipim belədir ki, mən hər hürən itə dönüb baxmıram və təpik vurmuram. Amma bu Nazim Bəydəmirlinin mənim haqqımda haqsız hərəkətini görüb, onunla bağlı araşdırma apardım. Müəyyən kanallarla informasiya əldə etdim ki, bu adamın sovet KQB-nin agenti olmasına əsaslı şübhə var. Azərbaycanda fəaliyyət göstərən “beşinci kolon”un tipik elementidir. Cavabını verdim. Belə tiplər dövlətçilik üçün, milli təhlükəsizlik üçün böyük təhlükədirlər. Bir məsələni əlavə edim, jurnalist Rauf Mirqədirov 2006-2008-ci illərdə “Zerkalo” qəzetində mənim haqqımda yazırdı ki, guya, biz agentik, ona görə Saakaşviliyə qarşı çıxırıq. Sonradan Mirqədirov özü erməni kəşfiyyatının agenti çıxdı, özünü də tutdular, vətənə xəyanət maddəsi ilə basdılar içəri. Nazim Bəydərmirli kimi şəxsiyyətsiz, satqın, mənliksiz insanlar daima mənim haqqımda hər cür cirkin ittihamlar irəli sürüblər, ağzlarına gələni yazıblar. Hər şeyin zamana ehtiyacı var. Nazim Bəydəmirlinin də aqibətini görəcəksiniz.

- Siz onu tanımırdınızsa, onunla bağlı hər hansı konfliktiniz olmadığı halda Nazim Bəydəmirli sizi niyə “qara siyahı”sına salıb? Nədən zaman-zaman sosial şəbəkədə əleyhinizə təhqir dolu statuslar yazır?

- Mən Nazim Bəydəmirlinin fəaliyyəti ilə bağlı araşdırma apardım. Araşdırma indi davam edir. Mənim mövqeyim budur ki, Nazim Bəydəmirli kimi adamlar Azərbaycab Respublikası CM-nin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs edilməlidirlər. Bu şəxslərin azadlıqda gəzməsi belə təhlükədir. Nazim Bəydəmirli missiyası vətənpərvərləri, milli dövlətçiliyə sadiq olanları, öz ruhunda türkçülüyü daşıyan insanları ləkələmək, ictimayyət içərisində aşağılamaqdır. Baxın, bu insan sadəcə pul peşindədir. Buna görə də istənilən alçaq üsüla əl atır. İranda şirkəti var. İndi siz deyin görüm, ETTELAT və yaxud SEPAH-ın icazəsi olmasa, Azərbaycandan getmiş, milli ruhlu kim o ölkədə biznes fəaliyyəti ilə məşğul ola bilər? Bu gün bir çox ölkələr İrana embarqo tətbiq edib. Nazim Bəydəmirli isə İrana xidmət edir. Araşdırmaq lazımdır bunun İran xüsusi xidmət orqanları ilə də əlaqəsi varmı? Harada pul iyisi var, Nazim Bəydəmirli oradadır. FETÖ ilə də bağlılğı var. Bunu heç gizlətmir də, dəfələrlə sosial şəbəkədə statuslar yazıb. Türkiyədə hərbi çevrilişə cəhd zamanı Ərdoğanın əleyhinə, FETÖ-nu dəstəkləyən statuslar yazırdı. Buna da aydınlıq gəlməlidir. Görünür, Rusiya xüsusi xidmət orqanları tərəfindən yönləndirilib bu işə. Mən Nazim Bəydəmirlinin KQB agenti olmaqda ittiham etdim, o isə bunu inkar edə bilmədi. Faktı inkar edə bilməzsən. Baxın, harada Azərbaycanın, Türkiyənin, türkün düşməni varsa, Nazim Bəydəmirli onların yanındadı. Bu insan satqındı, dövlətə də, hakimiyyətə də faktiki düşməndi. O necə YAP üzvüdür ki, hakim partiyanın bir tədbirində iştirak etmir, səhərdən axşamacan iqtidara qarşı statuslar yazır? Bunun missiyası Azərbaycana, Türkiyəyə qarşı mübarizədir, düşmənçilikdir, nifrətdir, casus şəbəkəsi yaratmaqdır. Belə insanların cavabını zaman verir.

- Sizin həmin açıqlamanızdan sonra Nazim Bəydəmirli barənizdə antitəbliğat materialları yaymağa başladı. Sizi təhqir edir, ünvanınıza söyüşlər işlədir. Bununla bağlı hansısa hüquq-mühafizə orqanlarına müraciət etmək fikiriniz varmı?

- Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə rəsmi məktub göndərdim. O isə, ittihamım əksini sübüt etmək əvəzinə mənə təhqir yazır, tərbiyəsizliyini, əxlaqsızlığını ortaya qoyur. İttihama cavab versin, özünü həyasızlığa qoymasın. Əlavə olaraq, Baş Prokuror Z. Qaralaova da rəsmi müraciət göndərəcəm ki, Azərbaycan CM-nın 274-cü maddəsi ilə Nazim Bəydəmirli barəsində araşdırma aparsınlar. İranda biznesin varsa, demək, Avropada sən arzuolunmaz şəxssən. Nazim Bəydəmirli barəsində EVROPOL-a rəsmi məktub təqdim edilib ki, onun AB-yə girişinə qadağa qoyulsun. Mən bu məsələ ilə bağlı Almaniya Federal Daxili İşlər Nazirliyinə, həmçinin Polşa DİN-ə də məktub göndərmişəm. Güman edirəm ki, Rusiya agentinin Gürcüstana və Ukraynaya da girişinə qadağa qoyulacaq. Bu istiqamətdə artıq rəsmi müraciət hazırlayıram.

- Son olaraq Daşqın Gülməmmədov Nazim Bəydəmirlini necə xarakterizə edərdi?

- Bir kəlimə ilə desəm, şəxsiyyəti, mənliyi olmayan biridir.

AzNews.az