Qeyri-sabit hava bu tarixədək davam edəcək - FAKTİKİ HAVA

Faktiki hava

İyulun 3-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.

Aznews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 3-ü saat 19:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.

Küləyin maksimal sürəti

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.

Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.