İqlim dəyişikliyi meşə yanğınlarının intensivliyini artırıb

Araşdırmaların nəticələri göstərir ki, iqlim dəyişikliyi səbəbindən istilik və quraqlıq meşə yanğınlarının baş vermə ehtimalını 40 dəfə artırıb.

APA “Reuters“ə istinadən xəbər verir ki, bu haqda məlumat "World Weather Attribution" (WWA) tərəfindən aparılan təhlilin bu gün açıqlanan nəticələrində qeyd olunub.

Araşdırmaya görə, Pireney yarımadasında tarixə düşən ən dağıdıcı meşə yanğınlarına səbəb olan çox isti, quraq və küləkli hava şəraiti, iqlim dəyişikliyi səbəbindən 40 dəfə daha çox ehtimalla baş verib.

WWA tərəfindən aparılan təhlil göstərir ki, bu hava şəraiti sənaye inqilabı öncəsi dövrlə müqayisədə təxminən 30% daha çox olub – bu da karbon əsaslı yanacaqlardan geniş istifadənin başladığı dövrə təsadüf edir.

Qeyd edək ki, cari ilin iyul və avqust aylarında Piriney yarımadasında yüzlərlə meşə yanğını baş verib. Temperaturun 40°C-dən yuxarı qalxması və güclü küləklər nəticəsində alovlar sürətlə yayılıb. İspaniya və Portuqaliyada baş verən yanğınlar nəticəsində 8 nəfər həyatını itirib, 35,000-dən çox insan təxliyə olunub, və 640,000 hektardan çox ərazi yanaraq külə dönüb. Bu da bu il Avropada yanan ümumi sahənin təxminən üçdə ikisinə bərabərdir.

WWA-nın bu il Türkiyə, Yunanıstan və Kiprdəki yanğınlarla bağlı yayımladığı digər bir araşdırma da iqlim dəyişikliyinin oradakı yanğınlara əlverişli hava şəraitini 10 dəfə daha mümkün etdiyini göstərmişdi.

AzNews.az