- EKONEWS
- 13 Sentyabr 2025 16:04
- 8 551
Yağış yağacaq, külək əsəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Əsasən günün birinci yarısında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.
Küləkli hava şəraitinin sentyabrın 14-ü də davam edəcəyi gözlənilir.
AzNews.az