- Fanat
- 8 Yanvar 2019 18:18
- 1 287
Azərbaycanlı futbolçunun "Spartak"a keçidinin maliyyə şərtləri dəqiqləşdi
Ayaz Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu “Spartak”dan “Rostov”a keçib.
Rusiyanın “Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevlə müqavilə bağlayacaq.
Moskva təmsilçisi yarımmüdafiəçinin özü və klubu “Rostov”la ortaq məxrəcə gəlib. 22 yaşlı futbolçu “Spartak”la uzunmüddətli müqavilə bağlayacaq və illik 1,2 milyon avro məvacib alacaq.
“Rostov”a isə 1 milyon avro təzminat ödəniləcək.
Qeyd edək ki, A.Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu “Spartak”dan “Rostov”a keçib. O həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir. (report)
AzNews.az