• Fanat
  • 18 Yanvar 2019 18:26
  •  376

Yurgen Klopp "Liverpul"un 104 yaşlı azarkeşini təbrik etdi

Klopp Şeridana təbrik məktubu və Premyer Liqanın XXIII turunda “Kristal Pelas”la oyun üçün bilet göndərib.

İngiltərə təmsilçisi “Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın 104 yaşlı azarkeşi Brendan Şeridanı doğum günü münasibəti ilə təbrik edib.

Klub nümayəndəsi qocaman fanatın evinə gedərək almaniyalı mütəxəssisin adından ona hədiyyələr təqdim edib. Klopp Şeridana təbrik məktubu və Premyer Liqanın XXIII turunda “Kristal Pelas”la oyun üçün bilet göndərib.

Qeyd edək ki, 104 yaşlı Şeridan 1923-cü ildən “Liverpul”a azarkeşlik edir. Klub müddətdə 15 dəfə İngiltərə çempionu olub və 5 dəfə Çempionlar Liqası Kubokunu qazanıb. (report)

AzNews.az