İngiltərə Premyer Liqasında 23-ci turun “Liverpul”-“Kristal Palas” oyunu baş tutub. İngiltərə Premyer Liqasında 23-ci turun “Liverpul”-“Kristal Palas” oyunu baş tutub.
  • Fanat
  • 19 Yanvar 2019 23:26
  •  1 418

İngiltərə Premyer Liqası: “Liverpul”-“Kristal Palas” - VIDEO

İngiltərə Premyer Liqasında 23-ci turun “Liverpul”-“Kristal Palas” oyunu baş tutub.

34-ci dəqiqədə Tovnsendin qolu ilə qonaq komanda önə keçib. Oyunun birinci yarısında qol qeydə alınmayıb.

İkinci hissə başlayan kimi, 46-cı dəqiqədə Mohammed Salah komandasının bərabərlik qolunu vurub. 53-ci dəqiqədə Firmino oyunu “Liverpul”un lehinə çevirib.

65-ci dəqiqədə Tomkinsin vurduğu qolla qonaqlar yenidən hesabı bərabərləşdirib. Oyunun 75-ci dəqiqəsində Salah qonaq komandanın qapıçısının səhvi ilə yenidən komandasını önə keçirib.

89-cu dəqiqədə Xames Milnerin qırmızı vərəqə alması ilə “Liverpul” azlıqda qalıb.

Oyunun 90+3 - cü dəqiqəsində Mane hesab arasındakı fərqi ikiyə çatdırıb.

Bu da son olmayıb, oyunun 90+5'ci dəqiqəsində Meyer meydan sahiblərinin qapısına yol tapıb.

Bununla da, “Liverpul” 4-3 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Premyer liqaya hazırda 60-xalla "Liverpul" liderlik edir. (oxu.az)

AzNews.az