Ailəsi Salanın nəşini sabah götürə biləcək. Ailəsi Salanın nəşini sabah götürə biləcək.
  • Fanat
  • 15 Fevral 2019 20:35
  •  1 194

Salanın cəsədi vətəninə aparıldı

Ailəsi Salanın nəşini sabah götürə biləcək.

“Kardiff Siti”nin oyunçusu Emiliano Salanın cəsədi vətəni Argentinaya aparılıb.

Bu barədə “France Press” məlumat yayıb. Onun cəsədi Santa-Fe şəhərində dəfn bürosuna təhvil verilib. Ailəsi Salanın nəşini sabah götürə biləcək.

28 yaşlı futbolçu yanvarın 22-də Fransadan Uelsə uçuş zamanı təyyarə qəzasında həlak olub. Təyyarənin qalıqları La-Manş boğazında fevralın əvvəlində, Salanın cəsədi isə fevralın 8-də tapılıb. (qafqazinfo)

AzNews.az