Turnirdə Azərbaycan milli komandasının 9 üzvü iştirak edəcək. Turnirdə Azərbaycan milli komandasının 9 üzvü iştirak edəcək.
  • Fanat
  • 1 Mart 2019 10:04
  •  2 094

Karateçilərimiz Avstriyaya getdi

Turnirdə Azərbaycan milli komandasının 9 üzvü iştirak edəcək.

1-3 mart tarixlərində Avstriyanın Zalsburq şəhərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından Seriya A turniri keçiriləcək.

AzNews.az xəbər verir ki, Zalsburq Arenada təşkil edilən turnirdə Azərbaycan milli komandasının əsas üzvlərindən 9 idmançı iştirak edəcək.

Kumite üzrə böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadınların baş məşqçisi Denis Morozovun rəhbərlik etdiyi heyətdə kişilərdən Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Orxan Heydərli (+84 kq), qadınlardan isə Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və İrina Zaretska (68 kq) yer alıb. Beynəlxalq hakim Cahangir Babayev yarışı idarə edən referilər arasında olacaq.

Karateçilərimizdən F.Fərzəliyev, Ş.Atamov, A.Qurbanlı və O.Heydərli yarışın ilk günü, R.Həsənov, A.Mamayev, N.Əliyeva, İ.Qasımova və İ.Zaretska şənbə günü mübarizəyə qatılacaq. Bütün çəki dərəcələrində mükafat görüşləri bazar günü keçiriləcək. Seria A turnirindən mövsümün ilk mərhələsində rekord sayda, 99 ölkədən 2057 karateçi iştirak edir.

Səidə Vahid

AzNews.az