- Rusiya və İran
- 11:06
- 508
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
Rusiyanın İrkutsk vilayətində ayı giləmeyvə toplayan iki kişini parçalayıb.
Aznews.az xəbər verir ki, hadisə yerində olan digər şəxs qaçmağı bacarıb.
Məlumata görə, ayı rayon mərkəzindən 80 km-dən çox məsafədə, Krasnoyarovo kəndi yaxınlığında tayqada Kirenskin üç sakininə hücum edib.
Hadisə nəticəsində 65 və 55 yaşlı kişilər ölüb.
Hadisə yerinə polis və ovçular gəlib, ayıya atəş açılsa da, o, ərazidən uzaqlaşıb.
Qeyd edək ki, son günlər Rusiyada ayıların insanlara hücumları artıb.