Xallarını 46-ya çatdıran "Trabzonspor" 4-cü pillədə möhkəmlənib Xallarını 46-ya çatdıran "Trabzonspor" 4-cü pillədə möhkəmlənib
  • Fanat
  • 6 Aprel 2019 10:34
  •  3 732

Azərbaycan yığmasının sabiq futbolçusu Türkiyə Super Liqasında ilk qolunu vurdu

Xallarını 46-ya çatdıran "Trabzonspor" 4-cü pillədə möhkəmlənib

"Trabzonspor" klubunun futbolçusu Murat Cem Akpınar Türkiyə Super Liqasının XXVII turunun açılış oyununda "Antalyaspor"un qapısından keçirdiyi qoldan sonra diqqət mərkəzinə düşüb.

Meydana 88-ci dəqiqədə girən 20 yaşlı yarımmüdafiəçi 90+4-cü dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib - 4:1. Gənc oyunçu Superliqada ilk qolunu vurub. Bu qələbədən sonra xallarını 46-ya çatdıran "Trabzonspor" 4-cü pillədə möhkəmlənib və 3-cü pillədəki "Beşiktaş"la xal fərqini minimuma endirib.

Murat Cem Akpınar əvvəllər Azərbaycanın U-17 yığmasında çıxış edib. Milliyə Təbriz Həsənovun baş məşqçi olduğu vaxt dəvət alan futbolçu 13 oyuna 2 qol vurub. Lakin o, daha yuxarı yaşlılardan ibarət komandalara çağırılmayıb.

Qeyd edək ki, Murat Cem Akpınar Trabzonda doğulub. "Trabzonspor"un aşağı yaş qruplarından ibarət komandasından yetişən yarımmüdafiəçi ötən mövsümü "1461 Trabzonspor"da icarə əsasında keçirib. (Report)