Marinin FIFA-nın Etika Məcəlləsinin 27-ci maddəsini pozduğu bildirilib. Marinin FIFA-nın Etika Məcəlləsinin 27-ci maddəsini pozduğu bildirilib.
  • Fanat
  • 15 Aprel 2019 19:34
  •  1 905

FIFA Braziliya Futbol Konfederasiyasının sabiq prezidentini cərimələdi

Marinin FIFA-nın Etika Məcəlləsinin 27-ci maddəsini pozduğu bildirilib.

FIFA Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Xose Mariya Marini cəzalandırıb.

Qurum sabiq konfederasiya rəhbərini korrupsiya ilə əlaqədar 1 milyon dollar məbləğində cərimələyib.

O, futbolla bağlı hər hansı fəaliyyətdən də ömürlük uzaqlaşdırılıb. Marinin FIFA-nın Etika Məcəlləsinin 27-ci maddəsini pozduğu bildirilib.

Qeyd edək ki, Xose Mariya Marin 2018-ci ilin avqustunda rüşvətə görə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, futbol turnirləri ilə bağlı marketinq və sponsorluq müqavilələri bağlandıqda 6.55 milyon avro mənimsəyib. Cinayətlər ABŞ-da hazırlanıb və həmin ölkənin banklarında çıxarışlar olunduğu üçün məhkəmə Nyu-Yorkda keçirilib. (report)

AzNews.az