"Onsuz da mənim adımdan çox açıqlamalar yazılır" "Onsuz da mənim adımdan çox açıqlamalar yazılır"
  • Fanat
  • 23 Aprel 2019 12:07
  •  1 785

“Beşiktaş”dan ayrılmağın üzüntüsünü yaşayacam” - Şenol Günəş

"Onsuz da mənim adımdan çox açıqlamalar yazılır"

Türkiyə Super Liqasının 29-cu turunda səfərdə “Sivasspor”u 2:1 hesabı ilə məğlub edən “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş oyundan sonra fikirlərini bölüşüb.

66 yaşlı mütəxəssis mövsümün sonunda "Beşiktaş"dan ayrılacağı üçün üzüləcəyini deyib:

“Məndən sonra “Beşiktaş”ı yerli və ya əcnəbi mütəxəssisin çalışdırması barədə fikir bildirə bilmərəm. Bu barədə danışmaq doğru olmaz. Onsuz da mənim adımdan çox açıqlamalar yazılır. Nə lazımdırsa, indi deyərəm, ancaq ehtiyac görmürəm. “Beşiktaş”dan ayrılmağın üzüntüsünü yaşayacam. Ən yaxşı şəkildə "Beşiktaş"ı zirvədə qoyub getmək istəyirəm”.

Qeyd edək ki, Şenol Günəş Türkiyə millisindəki işinə görə mövsümün sonunda “Beşiktaş”dan ayrılacaq.(qafqazinfo.az)

AzNews.az