Qəza nəticəsində 21 yaşlı sürücü yürüşü dayandırıb Qəza nəticəsində 21 yaşlı sürücü yürüşü dayandırıb
  • Fanat
  • 26 Aprel 2019 13:31
  •  1 239

SOCAR Azərbaycan Qran-prisində ilk qəza - FOTOLAR

Qəza nəticəsində 21 yaşlı sürücü yürüşü dayandırıb

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib.

Birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell uğrusuzluqla üzləşib. Onun bolidinin alt hissəsi drenaj lükünə ilişib və zədələnib. Qəza nəticəsində 21 yaşlı sürücü yürüşü dayandırıb.

Rassellin bolidi trasdan evakuasiya olunub. Qəza səbəbindən sərbəst yürüşün bərpası ləngiməli olacaq və problem yaranan lükün təmir olunması vaxt alacaq.

Qeyd edək ki, Corc Rassell dünən özünü yaxşı hiss etmədiyi üçün mətbuat konfransına qatılmayıb.

AzNews.az

image description image description