Braziliyada futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin I turunda Argentina milli komandası Kolumbiya ilə qarşılaşıb. Braziliyada futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin I turunda Argentina milli komandası Kolumbiya ilə qarşılaşıb.
  • Fanat
  • 16 İyun 2019 17:07
  •  1 831

Argentina millisi çempionata məğlubiyyətlə başladı

Braziliyada futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin I turunda Argentina milli komandası Kolumbiya ilə qarşılaşıb.

Salvador şəhərinin "Arena Fonte-Nova — Otaviu Manqabeyra" stadionunda keçirilən görüş kolumbiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları 71-ci dəqiqədə Roher Martines və 86-cı dəqiqədə Duvan Sapata vurub. Hər iki oyunçu matça sonradan daxil olub.

Hazırda Kolumbiya 3 xal ilə B qrupuna liderlik edir. Növbəti turda Kolumbiya Qətər yığması ilə, Argentina isə Paraqvayla qarşılaşacaq.

Bundan əvvəl A qrupunda Venesuela Peru ilə qarşılaşıb. Oyun qolsuz heç-heçə ilə başa çatıb.

Amerika Kuboku

Argentina – Kolumbiya - 0:2

Qollar: 0:1 – Martines – 71, 0:2 – Sapata – 86

Venesuela – Peru – 0:0 (musavat.com)

AzNews.az