Futbolçunu səhhəti narahat edir Futbolçunu səhhəti narahat edir
  • Fanat
  • 12 Noyabr 2019 11:19
  •  2 681

Messi “Barselona”ilə vidalaşacaq

Futbolçunu səhhəti narahat edir

“Barselona”nın kapitanı və forvardı Lionel Messi Kataloniya klubu ilə müqaviləsini 2020/21-ci il mövsümü başlamamışdan əvvəl uzatmayacaq.

AzNews.az bildirir ki, bu barədə “Marca” yazır.

Mənbənin verdiyi məlumata əsasən, forvard müqaviləsinin müddəti bitməyənə qədər klubu tərk etməyi planlaşdırmır. Lakin cari mövsüm bitdikdən sonra müqavilənin uzadılmasından da söhbət getmir.

Mənbə qeyd edir ki, futbolçunu səhhəti narahat edir. O, yüksək səviyyədə iştirak edə biləcəyinə əmin deyil. Həmçinin, argentinalı “Barsa”nın özünün də vəziyyətindən narazıdır, belə ki, o, güclü komandanı müdafiə etmək istəyir.

Xatırladaq ki, Messi 2019/2020-ci il mövsümündə İspaniya çempionatında 8 qol və dörd qolla nəticələnən ötürmə etməklə 7 görüş keçirib.

AzNews.az