- Fanat
- 2 İyul 2020 19:32
- 6 122
Kriştianu Ronaldunun rekordu yeniləndi

Fernandeş 17 yaş 4 ay 3 günündə əsas komandada debüt edib
Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Joelson Fernandeş İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunun rekordunu yeniləyib.
AzNews.az-ın məlumatına görə, hücumçu buna çempionatın XXIX turunda "Jil Visente" ilə matçda nail olub. Fernandeş 17 yaş 4 ay 3 günündə əsas komandada debüt edib.
Ronaldu isə "Sportinq"də İtaliya "İnter"inə qarşı 17 yaş 6 ay 9 günündə meydana çıxıb.
Qeyd edək ki, Kriştianu Ronaldu "Sportinq"də 25 oyuna 3 qol vurub. O, 2003-cü ildə "Mançester Yunayted"ə keçib.