Alyona Kolesnik ilk görüşdə hindistanlı güləşçiyə məğlub olub Alyona Kolesnik ilk görüşdə hindistanlı güləşçiyə məğlub olub
  • Fanat
  • 16 Dekabr 2020 23:57
  •  4 369

Qadın güləşçimizdən bürünc medal

Alyona Kolesnik ilk görüşdə hindistanlı güləşçiyə məğlub olub

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir.

AzNews.az xəbər verir ki, dördüncü yarış günündə 57, 59, 65, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə qoşulub.

Alyona Kolesnik ilk görüşdə hindistanlı güləşçiyə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Kolesnik dekabrın 16-da təsəlliverici görüşə çıxıb və alman həmkarına qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həlledici görüşdə sonuncu xal prinsipinə əsasən Kolesnik 5-ci olub.

Mübarizəyə 1/4 finaldan start verən Elis Manolova isə Moldova təmsilçisinə uduzub. Rəqib finaladək irəliləyib. Bu isə Elisə bürünc medal uğrunda mübarizə aparmaq şansı yaradıb. Türkiyə güləşçisini üstələyən Elis fəxri kürsünün 3-cü pilləsinə qalxıb.