“Aston Villa”nın Premyer Liqanın XVIII turunda “Tottenhem”lə dünən keçirməli olduğu oyun da təxirə salınıb “Aston Villa”nın Premyer Liqanın XVIII turunda “Tottenhem”lə dünən keçirməli olduğu oyun da təxirə salınıb
  • Fanat
  • 14 Yanvar 2021 21:40
  •  5 673

İngiltərə Premyer Liqasının oyunu təxirə salınıb

“Aston Villa”nın Premyer Liqanın XVIII turunda “Tottenhem”lə dünən keçirməli olduğu oyun da təxirə salınıb

İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb.

AzNews.az-ın məlumatına görə, XIX turun “Aston Villa” - “Everton” qarşılaşması öncədən nəzərdə tutulduğu kimi, yanvarın 17-də keçirilməyəcək.

“Aston Villa” rəhbərliyi komandada koronavirusa kütləvi yoluxma səbəbindən yarışın təşkilatçılarından matçın təxirə salınmasını tələb etmişdi. Birminhemlilərin 9 futbolçusu və 5 işçisi koronavirusa yoluxduğu üçün karantin şəraitində müalicə alır. Klubun bazasının da iki həftəlik bağlandığını nəzərə alan Premyer Liqa rəhbərliyi görüşü qeyri-müəyyən vaxta təxirə salıb.

Qeyd edək ki, “Aston Villa”nın Premyer Liqanın XVIII turunda “Tottenhem”lə dünən keçirməli olduğu oyun da təxirə salınıb.