Polşalı forvard Almaniya Bundesliqasının XVI turunda “Frayburq”la görüşdə buna nail olub Polşalı forvard Almaniya Bundesliqasının XVI turunda “Frayburq”la görüşdə buna nail olub
  • Fanat
  • 17 Yanvar 2021 22:34
  •  8 468

Levandovskidən yeni rekord

Polşalı forvard Almaniya Bundesliqasının XVI turunda “Frayburq”la görüşdə buna nail olub

Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski daha bir rekorda imza atıb.

AzNews.az xəbər verir ki, polşalı forvard Almaniya Bundesliqasının XVI turunda “Frayburq”la görüşdə buna nail olub.

Matçda hesabı açan 32 yaşlı oyunçu Bundesliqa tarixində ilk dövrədə 21 qol vurmağı bacaran birinci futbolçu olub. Levandovskiyə bu göstəriciyə çatmaq üçün 15 oyun kifayət edib.

Qeyd edək ki, “Frayburq” üzərində 2:1 hesablı qələbə qazanan “Bavariya” Bundesliqaya başçılıq edir.