Braziliyalı əfsanə Ronaldinyo tvitter hesabından Serxio Ramosa söz atıb Braziliyalı əfsanə Ronaldinyo tvitter hesabından Serxio Ramosa söz atıb
  • Fanat
  • 19 İyun 2021 11:00
  •  15 464

Ramos Ronaldinyonu cavabı ilə belə pərt etdi

Braziliyalı əfsanə Ronaldinyo tvitter hesabından Serxio Ramosa söz atıb

41 yaşlı sabiq futbolçu keçmiş "El Klasiko" matçlarından birini xatırladıb və "Real"ın sabiq kapitanına müraciət edib: "Ey Serxio, həmin gecəni xatırlayırsan?

AzNews.az Offsideplus.az-a istinadən xəbər verir ki, Ronaldinyo 2005-06 mövsümü üzrə "Barselona"nın "Santiyaqo Bernabeu"da "Real" üzərindəki 3:0 hesablı qələbəsinə göndərmə etmək istəsə də, braziliyalı 2006-07 sezonunda "Kral klubu"nun 2:0 qalib gəldiyi "El Klasiko"dan şəkil paylaşıb.

Ramosun bu paylaşıma cavabı isə 2005-ci il "Qızıl Top" qalibini pərt edib. "Real"ın 30-cu La Liqa titulunu qeyd etdiyi fotonu paylaşan 35 yaşlı müdafiəçi bu sözləri yazıb: "Xatırlayıram, amma bir neçə ay sonrakı bu şəkil daha yaxşıdır".