Tərəflər 96-cı gedişdə sülhə razılaşıblar Tərəflər 96-cı gedişdə sülhə razılaşıblar
  • Fanat
  • 11 May 2022 22:14
  •  11 330

Şəhriyar Məmmədyarov Firuzca ilə heç-heçə edib

Tərəflər 96-cı gedişdə sülhə razılaşıblar

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.

Aznews.az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın VI turunda ağ fiqurlarla Alireza Firuzca (Fransa) ilə üz-üzə gəlib. Tərəflər 96-cı gedişdə sülhə razılaşıblar.

Məmmədyarov I turda Uesli Soya (ABŞ), V turda Fabiano Karuanaya (ABŞ) uduzub. O, II, III və IV turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Boqdan Danyel-Dayakla (Rumıniya) heç-heçə edib. Təcrübəli şahmatçı hazırda 1,5 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.