• Fanat
  • 19 May 20:10
  •  9 184

Azərbaycan millisi ilə oyuna yeni futbolçu dəvət olunub

Qeyd edək ki, İyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq

UEFA Millətlər Liqasının C Divizionun ilk turunda Azərbaycan milli komandasını qəbul edəcək Qazaxıstan yığmasına yeni futbolçu çağırılıb.

Aznews.az xəbər verir ki, baş məşqçi Məhəmməd Adiyev "Aktobe" klubunun müdafiəçisi Alibek Kasıma dəvət göndərib.

45 yaşlı rusiyalı mütəxəssis 24 yaşlı oyunçunu 2 gün öncə açıqladığı ilkin heyətdən kənarda qoysa da, sonradan onun xidmətinə ehtiyac duyub.

Kasım bu mövsüm ölkə çempionatında 10 oyun keçirib və dəfə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, İyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.