• Fanat
  • 9 Dekabr 2022 21:53
  •  7 095

Mundialda sensassiya: Braziliya ələndi

Qətərdə keçirilən dünya çempionatının bu gün keçirilən oyunlarında futbolsevərlər üçün sensassiya baş verib.

Mundialın sürpriz komandası Xorvatiya 1/4 finalda Braziliyaya qalib gəlib.

Matçın əsas hissəsində hesab açılmayıb və qalibin müəyyən olunması üçün əlavə vaxt ayrılıb.

Əlavə vaxtın 105+1-ci dəqiqəsində Neymarın vurduğu qolla Braziliya önə keçib. 117-ci dəqiqədə isə Bruno Petkoviç xorvatları sevinc göz yaşına qərq edib.

Nəticədə penaltilər təyin olunub. Xorvatiya yığması zərbələri daha dəqiq yerinə yetirib.

Xaıtrladaq ki, Xorvatiya yarımfinala vəsiqə qazanan ilk milli komanda olub. Xorvatiya millisi növbəti dəfə yaşıl meydançaya dekabrın 13-də çıxacaq və rəqibi Hollandiya-Argentina qarşılaşmasının qalibi olacaq.

AzNews.az