• Fanat
  • 6 Aprel 21:37
  •  8 725

Mariya Stadnik Paris Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilməyib

Qadın güləşi üzrə Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirini lisenziyasız başa vurub.

Aznews.az xəbər verir ki, yarımfinala yüksələn yeganə təmsilçimiz Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarının bir addımlığında büdrəyib.

50 kq çəkidə çıxış edən 1/4 finalda Qabija Dilyute (Litva) üzərində 10:0 hesablı qələbə qazanan Mariya Paris-2024-ə vəsiqə verən yarımfinalda Oksana Livaça (Ukrayna) məğlub olub – 2:4.

Ona qədər digər güləşçilərimiz də lisenziya qazana bilməyiblər. Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində, Jalə Əliyeva (57 kq) 1/4 finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, aprelin 5-də keçirilən yunan-Roma güləşi yarışlarında da millimiz günü lisenziyasız başa vurub. Sabah isə sərbəst güləşçilər xalçaya çıxacaqlar.