Fuat Oktay göstərilən diqqətə görə minnətdarlığını bildirib Fuat Oktay göstərilən diqqətə görə minnətdarlığını bildirib
  • Flash
  • 30 Oktyabr 2020 19:15
  •  6 069

Əli Əsədov Türkiyənin Vitse-prezidentinə zəng edib

Fuat Oktay göstərilən diqqətə görə minnətdarlığını bildirib

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 30-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Baş Nazir Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Fuat Oktay telefon zənginə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.