- Köhnə - Günün fotosu
- 12 Sentyabr 2014 14:33
- 6 281
Bakıda yenə mənşəyi bəlli olmayan ət aşkarlandı – 100 kq
BAYTARLIQ XIDMƏTI GECƏ REYDLƏRINƏ BAŞLADI
"Mənşəyi məlum olmayan heyvan mənşəli ətlərin istifadə edən obyektlər bağlanacaq".
Bu barədə məlumatı AzNews.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli verib. O, bildirib ki, bu yaxınlarda paytaxtda 100 kiloqrama yaxın mənşəyi məlum olmayan ət məhsulu aşkar olunub.
"Nodulyar dermatit xəstəliyi yayılandan Dövlət Baytarlıq Xidməti rayonlarda eləcə də Bakıda gücləndirilmiş iş rejimində işləyir. Bu yaxınlarda 100 kiloqrama yaxın mənşəyi məlum olmayan heyvan ət məhsulu aşkar olundu. Həmin ət Respublika Baytarlıq laboratoriyasında müayinə olunduqdan sonra bakterioloji çirklənməyə məruz qaldığı aşkar olundu və heyvanat parkına təhvil verildi. Təbii ki, gecə reydlərinə start verilib. Bakı şəhər Baytarlıq idarəsi gecə reydlərini mütəmadi olaraq həyata keçirir. Hələlik ət qəbulu məntəqələrində nə at, nə də eşşək ətinin gətirilməsinə təsadüf olunmayıb ".
Dövlət Baytarlıq Xidmətinin rəsmisi onu da bildirib ki, ət qəbulu məntəqələrinin hər birinə eləcə də sahibkarlara tapşırılıb ki, belə bir hal aşkar olunarsa, şübhəsiz ət qəbulu məntəqəsinin bağlanması nəzərdə tutulur.
Gültəkin ƏLƏSGƏR
AzNews.az