Mədəniyyət və Turizm Nazirliyi Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilovanın işdən azad olunması ilə bağlı məsələyə münasibət bildirib. Mədəniyyət və Turizm Nazirliyi Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilovanın işdən azad olunması ilə bağlı məsələyə münasibət bildirib.

Mələkxanımın bacısı ilə bağlı təzadlı açıqlamalar - Nazirlik nə deyir?

Mədəniyyət və Turizm Nazirliyi Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilovanın işdən azad olunması ilə bağlı məsələyə münasibət bildirib.


Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov AzNews.az-a açıqlamasında bildirib ki, M.Kamilova öz ərizəsi ilə vəzifəsindən azad olunub: "Rayon mədəniyyət və turizm şöbələrinin müdirləri iki tabeçilikdə fəaliyyət göstərirlər. Təyinat və işdən azad olunma Mədəniyyət və Turizm Nazirliyinin razılığı əsasında Rayon İcra Hakimiyyətinin əmri əsasında həyata keçirilir. Əgər bununla bağlı nazirliyə hər hansı müraciət ünvanlansa təbii ki, bu məsələlərə baxılacaq".

Qeyd edək ki, M.Kamilovanın işdən çıxması ilə bağlı bir neçə fərqli fikirlər səsləndirilib. Əvvəlcə onun icra hakimiyyətinə rüşvət verdiyi üçün işdən çıxarıldığı iddia olundu.

Sonradan isə M.Kamilovanın işlədiyi şöbənin məsləhətçisi Pərviz Məmmədov AzNews.az-a açıqlamasında onun xəstə olduğu üçün ərizə yazaraq işdən azad olunmasını istədiyini bildirdi: "Fevralın 4-də öz ərizəsi əsasında işdən çıxıb. 58 yaşı var və dedi ki, artıq işlməyə səhhəti imkan vermir. Məleykə xanım ağrıyırdı. Başçının müavini də daxil olmaqla təntənəli sürətdə onu yola saldıq. Hətta ona iş təklifi də olundu. Amma imtina etdi. Dedi ki, artıq yorulmuşam".

M.Kamilova isə P.Məmmədovun dediklərini təkzib edib: "Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Pərviz Məmmədov açıqlama verərək bildirib ki, mən öz ərizəm əsasında işdən çıxmışam. Və mən ağrıdığıma görə, səhhətim işlməyə imkan verməyib. Hətta mənə yeni iş təklif olunub, ancaq mən işdən imtina etmişəm. Bildirmək istəyirəm ki, bəli, mən öz ərizəmə əsasən işdən azad olunmuşam. Oğlum xəstəydi və onu müalicəyə aparacaqdım deyə ərizə yazmışam. Ərizəmi bir ay müddətində geri götürməmişəm və ona görə də işdən azad olunmuşam. Səhhətimə gəlincə, mən xəstə deyiləm, bəlkə də orada hamıdan sağlam adam mənəm. Mənə təklif olunan işdən də imtina etməmişəm, mən işləmək istəyirəm. Yenidən mədəniyyət sahəsində işləyəcəyəm, işləməsəm qala bilmərəm. Yeni işlə təmin olunmağımla bağlı rayonumuzun icra başçısı mədəniyyət və turizm nazirimiz cənab Əbülfəz Qarayevə məktub ünvanlayıb. Mən də məktuba veriləcək cavabı gözləyirəm".

Qeyd edək ki, Məleykə Kamilova Xalq artisti Mələkxanım Əyyubovanın bacısı, müğənni Mirkamil Kamilovun anası, müğənni Ramal İsrafilovun isə bibisidir.

Bahar RÜSTƏMLİ