Tovuz rayonunda özünü mağazanın damından atan şəxs xəsarət alıb. Tovuz rayonunda özünü mağazanın damından atan şəxs xəsarət alıb.

Oğru xəsarət aldı - Polislər xəstəxanaya apardılar

Tovuz rayonunda özünü mağazanın damından atan şəxs xəsarət alıb.


Rayonun Düz Cırdaxan kənd sakini, 1985-ci il təvəllüdlü Ceyhun Niftəliyev sağ bud nahiyəsinin sınığı xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Məlumata görə, C. Niftəliyev ötən gecə oğurluq məqsədilə rayondakı mağazalardan birinin dam örtüyündən tikiliyə keçmək istəyərkən yaxalandığını görüb və özünü ordan yerə atıb. Nəticədə xəsarət alan C. Niftəliyevi polis əməkdaşları xəstəxanaya aparıblar.

Hazırda Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

APA.az