Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

21 yaşlı oğlanı maşın vurdu

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.


Hadisə iyunun 26-da saat 22.30 radələrində Ələt-Astara magistralının rayonun Parakənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Lada Priora" markalı minik avtomobili yolu keçmək istəyən piyada, rayonun Parakənd qəsəbə sakini, 21 yaşlı Coşqun Mustafazadəni vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan C.Mustafazadə sürücü tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Apa.az