- Köhnə - Hadisə
- 18 Mart 2013 17:51
- 2 352
Ombudsman MTN-də “NİDA“çılarla görüşdü
Ombudsman Aparatından "Media forum"a göndərilən press-relizdə deyilir: "Söhbət zamanı "Nida" təşkilatının üzvləri Şahin Novruzlu və Bəxtiyar Quliyev etdikləri əməldən səmimi peşmançılıq çəkdiklərini bildirib".
"Nida"nın dörd üzvü həbsdədir. Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlunun həbsi ilə bağlı martın 9-da Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, gənclər martın 10-da paytaxtın Fəvvarələr meydanında etiraz aksiyası zamanı "Molotov kokteyli"nin istifadə edilməsinə hazırlaşırmışlar.
"Nida" Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşad Həsənov isə martın 14-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.
AzNews.az