43 yaşlı Azərbaycan vətəndaşı intihar etdi- Rusiyada

Rusiyanın Volqoqrad şəhərində 43 yaşlı Azərbaycan vətəndaşı intihar edib.


APA-nın Rusiya bürosunun məlumatına görə, Volqoqrad vilayətinin Kalaçevskiy rayonunda yaşayan, adı açıqlanmayan həmyerlimiz bağ evinin həyətində özünü asaraq öldürüb.

Vilayət Təhqiqat Komitəsinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, 43 yaşlı azərbaycanlı yerli sahibkardan birinin bağ evində gözətçi işləyib. Tənha yaşayan həmyerlimizin uzun müddət qeydiyyatsız və sənədsiz yaşadığı məlum olub.

Təhqiqat Komitəsindən Azərbaycan vətəndaşının intihar etməsinin səbəbinin onun uzun müddət tənha yaşaması ilə əlaqədar olduğu bildirilib.

AzNews.az