Deputatın qohumunun donvurmadan öldüyü xəbəri yayıldı

Milli Məclisin deputatı Zahid Orucun yaxın qohumu donaraq dünyasını dəyişib.


AzNews.az-ın Movqe.az-a istinadən verdiyi məlumata görə, iki gün əvvəl deputatın yaxını da şaxtalı havada faciəli şəkildə dünyasını dəyişib.

42 yaşlı həmin şəxs gecə saatlarında işdən evə gələrkən buzda sürüşərək yıxılıb və huşunu itirib. Köməksiz vəziyyətdə səhərə qədər qalan həmin şəxs donaraq ölüb.

Deputat ötən bazar günü yaxınının yas məclisində də iştirak edib. Həmin şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çalışırmış. Sayt məlumatı dəqiqləşdirmək üçün Zahid Oricla da əlaqə saxlayıb.

Deputat xəbəri təsdiqləyərək hadisənin bir faciə olduğunu söyləməklə kifayətlənib. Eyni zamanda dünyasını dəyişən şəxsin ona yaxın insan olduğunu və ötən bazar yas mərasiminə qatıldığını da təsdiqləyib.

Deputat AzNews.az-a açıqlamasında isə bildirib ki, bu xəbər həqiqətə uyğun deyil və onun heç bir qohumu bu cür faciə ilə üzləşməyib: "Təkzib edirəm və belə bir hadisə olmayıb".

AzNews.az