Bakıdakı güllələnmə ilə bağlı - DİN-dən Açıqlama

DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yayıb.


AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 3-də Qaradağ rayonunun Sahil qəsəbəsində qəsəbə sakini İlqar Quliyev münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Şaban Nəbiyevə xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən Ş.Nəbiyev orada ölüb

Hadisə yerinə baxış zamanı "Winchester" markalı tüfəng aşkar edilərək götürülüb.

AzNews.az