- Köhnə - Hadisə
- 25 May 2015 09:00
- 2 875
“Mercedes“ beton səddə çırpıldı: Yaralı var
Bakıda "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq beton sədlərə çırpılıb.
AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Qəza nəticəsində avtomobildə olan 1 nəfər sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər vətəndaşı avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.