İki öğlu həbsdə olan qadın niyə öldürüldü?

Bakının Suraxanı rayonunda qətl olub. Bülbülə qəsəbəsində yaşayan 69 yaşlı Vera Kərimovanın evində meyiti tapılıb. Onu naməlum şəxslər boğaraq öldürüblər.

Suraxanı Rayon Polis İdarəsindən Milli.Az-a bildirilib ki, 69 yaşlı Vera Kərimovanı öldürən şəxslər evdən heç nə aparmayıblar.

Hazırda qətli törədən şəxs müəyyən edilsə də, adı açıqlanmır. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Üç övlad anası olan V.Kərimovanın iki oğlu həbsdədir, bir qızı isə tufeyli həyat tərzi keçirir.

AzNews.az