Rusiyanın Xabarovsk vilayətində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində, göyərtədə olan 16 nəfərdən 5-i həlak olub. Rusiyanın Xabarovsk vilayətində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində, göyərtədə olan 16 nəfərdən 5-i həlak olub.

Daha bir helikopter qəzası - 5 ölü

Rusiyanın Xabarovsk vilayətində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində, göyərtədə olan 16 nəfərdən 5-i həlak olub.



AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dənizə düşən helikopterdən 11 nəfər xilas edilib.

Qəza helikopterin Polina Osipenko qəsəbəsindən Onçaqan rayonuna uçarkən baş verib. Reysin şəxsi sifariş əsasında həyata keçirildiyi qeyd olunur.

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin hava və dəniz nəqliyyat vasitələri göndərilib. Hadisə ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır.