Mənzildə meyit tapıldı - Bakıda

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


AzNews.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin giriş qapısını açıb və 1946-cı il təvəllüdlü Lısov Konstantin Stepanoviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.