- Köhnə - Hadisə
- 27 Yanvar 2016 10:53
- 4 551
Bakı-Qazax yolunda mikroavtobus aşdı - Yaralılar var

Bakı-Qazax magistralında mikroavtobus aşıb.
Hadisə bu gün səhər saatlarında magistralın 155-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb.
İlkin məlumatlarda 12 nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
APA.az