Yığmamızın təkibi açıqlandı: Almeyda və Cavid Hüseynov da dəvət olunub

Azərbaycan futbol üzrə yığmasının Baş məşqçisi Robert Prosineçki Qətər yığması ilə yoldaşlıq oyununa qatılacaq komandanın tərkibini açıqlayıb.

AzNews.az haqqın.az-a istinadən xəbər verir ki, Prosineçki martın 9-da Dohada keçiriləcək oyunda iştirak etmək üçün Azərbaycan premyer liqasında oynayan 23 futbolçuya dəvət göndərib. Baş məşqçi xarici klublarda oynayan futbolçuları klub işlərindən yayındırmamaq üçün dəvət etməyib.

Maraqlıdır ki, dəvətlilər arasında bu yaxınlarda Azərbaycan yığmasında çıxış etməyə rəsmi razılıq verən “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda da var. Ümumilikdə “Qarabağ”dan 9 futbolçu dəvət edilib.

Prosineçki ötən ilin oktyabrında həbsdən çıxan Cavid Hüseynovu da uzun müddət aradan sonra yığmaya dəvət edib.

Azərbaycan yığmasının tərkibi:

Şahrudin Məhəmmədəliyev, Bədəvi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda, Ağabala Ramazanov, Mahir Mədətov (hamısı - “Qarabağ”), Anar Nəzirov, Elvin Məmmədov (“Zirə”), Səlahət Ağayev, Tərlan Quliyev, Abbas Hüseynov, Rauf Əliyev (hamısı – “İnter”), Tellur Mütəllimov, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov, Cavid Hüseynov, Araz Abdullayev, Ruslan Qurbanov ( hamısı – “Qəbələ”), Namiq Ələsgərov, Ruslan Abışov (hər ikisi – “Neftçi”).